"Gəlin bunu sınayaq, diplomatik həll yoluna cəhd edək. Lakin düşünürəm ki, bu, uğursuzluğa məhkumdur".
“AzPolitika” xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qrem ABŞ və İran arasındakı danışıqlar barədə deyib.
Senatordan sitat gətirən “CBS News” bildirib ki, Qrem danışıqların uğursuzluqla bitəcəyini proqnozlaşdırır və hətta buna əmindir. O, Vaşinqton və Tehran arasında anlaşma memorandumuna istinad edərək bildirib ki, əgər anlaşma memorandumu vasitəsilə diplomatik yol yoxdursa, onda ABŞ "müharibəyə getməli və ya digər məcburiyyət formalarına əl atmalıdır".
Senator iddia edib ki, əgər razılaşma baş tutmasa, Donald Tramp "Hörmüz boğazını güc yolu ilə ələ keçirəcək".
Qeyd edək ki, İslamabad Anlaşma Memorandumu çərçivəsində yüksək səviyyəli danışıqların birinci mərhələsi İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ, eləcə də Qətər Əmirliyi və Pakistan İslam Respublikasının nümayəndələrinin vasitəçi qismində çıxış etməsi ilə başa çatıb.
Danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd edilir. "Ümidverici irəliləyiş" əldə edildiyi və gələcək texniki danışıqlar üçün mexanizm yaradıldığı bildirilir. Ancaq buna paralel olaraq qeyd edilir ki, İran danışıqçıları Trampın son hədə-qorxusuna cavab olaraq danışıqları tərk edib və ABŞ Prezidentinin üzr istəməsini tələb edib.
“AzPolitika.info”

Şərhlər