Türkiyənin dörd keçmiş naziri haqqında yaradılan Parlament İstintaq Komissiyasının iclası başa çatıb.
Türkiyə KİV-nin məıumatına görə, nazirlər Ali Divana göndərilməyib. Nazirlərin məsələsinin Ali Divanda mühakimə olunması rədd edilib.
2013-cü il 17-25 dekabr əməliyyatlarında adları keçən daxili işlər naziri Müəmmər Gülər, keçmiş sənaye və ticarət naziri Zəfər Çağlayan, Avropa Birliyi (Aİ) naziri və baş müzakirəçi Egemen Bağış və və keçmiş ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın Ali Divana sövq edilib-edilməməsi ilə bağlı qərar çıxıb.
Komissiya 4 keçmiş nazirin Ali Divana getməməsinə səs verib.


Şərhlər