Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçiləri təltif edilib. 

Şəhid olduqdan sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. Onlardan üçü polkovnik-leytenantdır.

Tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu və polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"AzPolitika.info"