Menu

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOLAR

18.10.2026, 20:35
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOLAR

Azərbaycan Ordusunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü xalqımızın azadlıq mübarizəsinin, dövlətçilik əzminin və milli iradəsinin təntənəsidir.

Tədbirlər zamanı vətənpərvərlik mövzusunda sənədli filmlər və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarixi muzeylər ziyarət olunub.

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol