Ötən gecə Rusiya Kiyevə ballistik raket hücumu həyata keçirib. “AzPolitika” xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko və Kiyev meri Vitali Kliçko zərbələrin nəticələri barədə məlumat yayıblar.
Tkaçenko əhalini sığınacaqlara düşməyə çağırıb, Kliçko isə hava hücumundan müdafiə qüvvələrinin hədəfləri vurmağa çalışdığını bildirib.
Raketlərin qalıqları Kiyevin Darnitski rayonunda açıq əraziyə düşdüb. Həmçinin, rayondakı anbarda da yanğın baş verib. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.
Kliçko bildirib ki, Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər yaralanıb.
Rusiya qüvvələrinin daha bir hədəfi Xarkov vilayəti olub. Buraya endirilən zərbə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Rusiya qüvvələrinin Xarkov bölgəsindəki Velikiy Burlukda yaşayış binalarına hava bombaları ilə zərbələr endirdiyini bildirib. Hücum nəticəsində yanğın baş verib və 150 kvadratmetrlik fərdi ev məhv olub. Xilasedicilərin məlumatına görə, daha altı fərdi evə ziyan dəyib.
Qeyd edək ki, Rusiya və Ukraynanın bir-birinə qarşılıqlı hava hücumları davam etməkdədir. Ötən gecə Ukrayna da Rusiyada bir neçə hədəfə zərbələr endirib. Son müddətdə baş verən hücumlar nəticəsində Moskva da daxil olmaqla, Rusiyanın əksər ərazilərində yanacaq böhranı yaranıb.
“AzPolitika.info”
— Новости (@gulnarazeynal) June 25, 2026
https://x.com/gulnarazeynal/status/2070237386701988229?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2070237386701988229%7Ctwgr%5Ee11da2ccf06c7411e9d65c3f8f3bca9707ee496c%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fpublish.x.com%2F%3Furl%3Dhttps%3A%2F%2Ftwitter.com%2Fgulnarazeynal%2Fstatus%2F2070237386701988229

Şərhlər