Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Hüquq Forumunda yetkinlik yaşına çatmayanların cinayətkarlığı mövzusunu qaldırıb. O deyib ki, onun rəhbərlik etdiyi departament bir sıra maddələrdə cinayət məsuliyyəti yaşının 12 ilə endirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
“AzPolitika” xəbər verir ki, Bastrıkinin Rusiya mediasında dərc edilən çıxışı rezonans doğurub. Xüsusilə də ona görə ki, 12 yaşından başlayaraq uşaqların cinayət məsuliyyətinə cəlb olunması İosif Stalin hakimiyyəti dövründə olub.
"Biz cinayət məsuliyyəti yaşının 12 ilə endirilməsi təklifini təqdim etdik, lakin onlar bizimlə razılaşmadılar. Görürsünüz ki, bir tərəfdən yeniyetmələr axmaqdır, digər tərəfdən isə onlar bizim dövrümüzdəkindən daha tez böyüyürlər. Onlar artıq 12-13 yaşlarında cinayət törədirlər, lakin cinayət məsuliyyəti yaşına çatmırlar və cəzasız qalırlar", - deyə o bildirib.
SSRİ-də 12 yaşdan etibarən cinayət məsuliyyətinə cəlb olunması İosif Stalinin hakimiyyəti illərində başlayıb və 1958-ci ilə qədər mövcud olub.
Ötən il LDPR lideri Leonid Slutski də eyni təşəbbüslə çıxış etmişdi.
“Mediazona”-nın hesablamalarına görə, Ukraynadakı müharibə zamanı Rusiya Federasiyasında terror aktları (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) və ya təxribat (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 281-ci maddəsi) ittihamları ilə 18 yaşından kiçik ən azı 240 nəfər saxlanılıb. Onların bir çoxu real həbs cəzasına çatdırılıb.
“AzPolitika.info”

Şərhlər