Menu

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

05.01.2015, 23:45
BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Yanvarda BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclasın keçirilməsi planlaşdırılır.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Təhlükəsizlik Şurasının hazırkı sədri, Çilinin BMT-dəki nümayəndəsi Kristian Barros Mele bəyan edib.

“Görüşün keçirilməsinə dair Böyük Britaniya və Litvadan Şuraya müraciət daxil olub. Çox güman ki, Ukraynadakı vəziyyət yanvar ayında müzakirə ediləcək”, deyə Mele bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol