Menu

Ukrayna Rusiyanın strateji zavodunu vurdu - “Flamingo” ilə + VİDEO

27.06.2026, 10:34
Ukrayna Rusiyanın strateji zavodunu vurdu - “Flamingo” ilə + VİDEO

Ukrayna Rusiya hərbi sənayesinə daha bir təsirli zərbə endirib.

“AzPolitika” xəbər verir ki, Ukraynanın "Flamingo" raketləri ötən gecə Volqoqraddakı "İsgəndər-M", "Yars" və "Topol-M" raket sistemləri üçün buraxılış qurğuları, artilleriya qurğuları və komponentlər istehsal edən "Titan-Barricadı" hərbi sənaye kompleksinə zərbə endirib. Bu barədə sosial mediada məlumat və görüntülər paylaşılıb.

"Flamingo" raketini hazırlayan Ukraynanın "Fire Point" şirkətinin həmtəsisçisi Denis Ştilerman "X" şəbəkəsində yazıb: "Volqoqrad Ukraynadan “flaminqolar”ın mövsümi miqrasiyası ilə qarşılaşır. Ardı var”.

Volqoqrad vilayətinin sakinləri partlayışlar və yanğınlar barədə məlumat veriblər. Hakimiyyət orqanları gecə hücumunda 10 nəfərin yaralandığını, eləcə də "Krasnooktyabrski rayonundakı müəssisələrdən birinə ziyan dəydiyini" bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol