Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.
"AzPolitika" xəbər verir ki, Sietl stadionunda keçirilən Gqrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq.
Hər üç oyunu bərabərliklə bitirən İranın isə 3 xal toplasa da qələbəsi olmadığı üçün ən yaxşı üçüncülər arasına düşmə ehtinalı yoxdur və dünya çempionatı ilə vidalaçacağı gözlənilir.


Şərhlər