"Təklif edirəm ki, sosial şəbəkələrdə Paşinyanı dəstəkləyən erməniləri müəyyən edəsiniz və bu nankor məxluqların Rusiyaya girişini əbədi olaraq qadağan edəsiniz".

“AzPolitika” xəbər verir ki, bunu Kremlin təbliğatçısı Marqarita Simonyan Rusiya Dövlət Televiziyasının efirində deyib.

Simonyan iddai edib ki, Paşinyanı dəstəkləyənlər rusofoblardır: “Əgər Paşinyanı dəstəkləyirsinizsə, deməli rusofobiyanı dəstəkləyirsizniz. Əgər rusofobiyanı dəstəkləyirsinizsə, deməli Rusiyaya nifrət edirsiniz... Deməli sizin Rusiyada heç bir işiniz ola bilməz. Mən təmiz erməni olaraq onun tərəfdarıyam ki, Pşainyanı dəstəkləyən, ona səs verən nankor məxluqların mənim doğma ölkəm Rusiyaya girişinə həmişəlik qadağa qoyulsun!”.

Qeyd edək ki, erməni seçicilərin yarısı son seçkidə Nikol Paşinyanın partiyasına səs verib.

“AzPolitika.info”