ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 28 komanda pley-offa vəsiqəni rəsmiləşdirib.

"AzPolitika" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat verilib. 

Belə ki, Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana 1/16 finalda oynamaq hüququ qazanıblar.

Pley-offa vəsiqə qazanacaq son 4 komandanın adı bu gün və sabah müəyyən olunacaq.