Menu

Mövsüm Səmədova ağır itki üz verib

06.01.2015, 01:49
Mövsüm Səmədova ağır itki üz verib

Bu gün Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə məlumatı İslamazeri.az saytı yayıb.

Dəfn mərasimi sabah saat 14:00-da Qubada olacaq.

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol