Menu

Azərbaycanlı nazir körpə oğlu ilə Aİ Şurasının iclasında... - VİDEO

27.06.2026, 21:05
Azərbaycanlı nazir körpə oğlu ilə Aİ Şurasının iclasında... -  VİDEO

İsveçin Azərbaycan əsilli iqlim və ətraf mühit naziri Ruminə Purmuxtari Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının iclasına körpə oğlunu da gətirib.

"AzPolitika" "Demokrat.az"-a istinadla xəbər verir ki, əslən Təbrizdən olan Ruminə Purmuxtari körpə oğlu ilə Avropa İttifaqı Şurasının iclasında çıxış edərək, iştirakçıların diqqətini çəkib.

Qeyd edək ki, 1995-ci ildə Stokholmda doğulmuş Ruminə Purmuxtarinin atası vaxtilə Cənubi Azərbaycandan İsveçə köçüb.

O, 18 oktyabr 2022-ci ildən İsveçin iqlim və ətraf mühit naziri vəzifəsində çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol