Menu

"Daha müasir silahlar yaratdıq" - İranlı general

28.06.2026, 12:34
"Daha müasir silahlar yaratdıq" - İranlı general

İran ABŞ ilə 40 günlük müharibə zamanı daha müasir silahlar yaradıb.

"Report" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü və briqada general-mayoru Əkrəmi Niya açıqlayıb.

"Məsələn, müharibənin son günlərində yeni pilotsuz aparatlardan istifadə etdik və onları döyüş şəraitində tətbiq edə bildik", - o vurğulayıb.

Generalın sözlərinə görə, Silahlı Qüvvələr, ordu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səviyyəsində daha yüksək keyfiyyətə malik təkmilləşdirilmiş raketlərdən istifadə olunub: "Bu onu göstərir ki, mövcud avadanlıqlardan istifadə olunmasına baxmayaraq, biz tədqiqat və inkişaf sahəsini də unutmamışıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol