Menu

Azərbaycan bankları 2 milyard 62 milyon manat faiz gəliri əldə edib

06.01.2015, 01:51
Azərbaycan bankları 2 milyard 62 milyon manat faiz gəliri əldə edib

2014-cü ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda ölan 42 kommersiya bankı ümumilikdə 2 milyard 62 milyon 69 min manat faiz gəliri əldə edib.

Axar.az-ın məlumatına görə, banklar həmin məbləğin 895 milyon 2 min manatını faiz xərclərinə sərf ediblər və bu dövr ərzində onların xalis faiz gəliri 1 milyard 167 milyon 67 min manat olub.

Keçən ilin 11 ayının yekunlarına görə, bankların qeyri-faiz gəliri ümumilkdə 424 milyon 31 min manat olub. Amma bankların bu dövr üçün 785 milyon 23 min manat xərcləri çıxıb.

Bir sözlə, dekabrın 1-nə olan məlumata görə, banklar ötən il qeyri-faiz mənfəəti üzrə 360 milyon 92 min manat ziyana düşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol