Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü Raidə Bəxtiyar qızı İmanova, 1989-cu il təvəllüdlü Həcər Əli qızı Həsənova, 2011-ci il təvəllüdlü Minarə Elnur qızı Babayeva, 2018-ci il təvəllüdlü Hüseyn Pərviz oğlu İmanov və 1966-cı il təvəllüdlü Nərgiz Əmrah qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.