Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
Bununla bağlı sosial şəbəkədə yaxınları məlumat paylaşıb.
Bildirilib ki, o, ötən gün 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Rüstəmzadə Süleyman Rüstəmin yeganə övladıdır. Onun bir oğlu, bir qızı var.
Məlumat üçün bildirək ki, mərhum ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub. 1989-2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib. (“Qafqazinfo” )

Şərhlər