Menu

Ebola qurbanlarının sayı 8 mini keçdi

06.01.2015, 08:52

ebolaQərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Yanvarın 5-ə olan məlumata görə, daha 20 656 nəfər virusa yoluxub.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin, Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər Ebolanın qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol