Tez-tez sosial şəbəkələrdə ironiya mənbəyinə çevrilən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev növbəti dəfə kameralara xoşagəlməz vəziyyətdə yaxalanıb.

“AzPolitika” xəbər verir ki, dünən Medvedev Vladimir Putinin hakim “Vahid Rusiya” partiyasının qurultayındakı çıxışı zamanı yuxuya gedib. Bunu əks etdirən görüntülər dərhal sosial mediada yayılıb və müzakirələrə səbəb olub. Kamera partiya iclasında Dmitri Medvedevin yatdığı anı çəkib, lakin onu kimin oyatdığı göstərilmir. Çoxları tərəfindən Medvedevin məhz Putinin çıxışı zamanı yuxulaması onun Rusiya başçısının dediklərinə münasibətinin bariz göstəricisi hesab edilir.

Bu, Medvedevin Putini dinləyərkən yuxuya getməsinə dair ilk fakt deyil. İlk bu cür hadisə 2014-cü ildə qeydə alınmışdı.

“AzPolitika.info”