Ukrayna Prezidenti Volodimir Zelenski Konstitusiya Günü ilə bağlı fərman imzalayıb.

“AzPolitika” xəbər verir ki, fərmana əsasən, təltif olunanlar arasında Azərbaycan diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad da var.

Fərmana əsasən Hikmət Cavad III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Hikmət Cavad həm də Ukrayna Ali Radası spikerinin müşaviri və Hüquq elmələri doktorudur.

O, eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna-Azərbaycan parlamentlərarasi İşçi qrupunun katibidir.

“AzPolitika.info”