Ermənistanın Avropada Rusiya və Avrasiya İqtisadi İttifaqı ölkələrinə alternativ bazarlar tapa bilməsi ehtimalı azdır.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, "Ermənistan məhsullarının hazırda Rusiyaya alternativ bazarlar tapmaq ehtimalına gəldikdə, buna necə nail olunacağını təsəvvür edə bilmirəm".
Mixail Qaluzinin sözlərinə görə, Brüsseldə Ermənistan malları üçün hazırlanan avtonom ticarət tədbirləri "tamamilə siyasiləşdirilib və yerinə yetirilməsi çətin olan vədlər verərək Ermənistanı öz tərəflərinə çəkməyə çalışan Avropa Birliyinin anti-Rusiya mahiyyətini bir daha təsdiqləyir".
Qeyd edək ki, 19 iyunda Avropa Komissiyasının Rusiya tərəfindən tətbiq edilən ticarət məhdudiyyətlərindən təsirlənən özəl sektoru dəstəkləmək üçün Ermənistana 34 milyon avro köçürdüyü açıqlanıb. Aİ-nin veb saytına görə, paketə ticarətin asanlaşdırılması və ölkənin iqtisadi dayanıqlığını gücləndirmək tədbirləri daxildir. Bundan əlavə, Aİ Ermənistan istehsalçılarının Avropa bazarlarına çıxışını genişləndirməyi planlaşdırır.
Üstəlik, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Genişlənmə üzrə komissar Marta Kosla birlikdə iyulun 5-də Ermənistana səfəri gözlənilir.
“AzPolitika.info”

Şərhlər