Menu

“AZAL təyyarəsilə bağlı bütün məsələləri həll etmişik” - Qaluzin

29.06.2026, 16:52
“AZAL təyyarəsilə bağlı bütün məsələləri həll etmişik” - Qaluzin

Bakı və Moskva 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı "bütün məsələləri həll edib".

“AzPolitika” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə belə deyib.

O iddia edib ki, tərəflər arasında bu mövzuda həll edilməyən məsələ qalmayıb: "Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin bu məsələlər, başa düşdüyünüz kimi, dəhşətli faciə yaşamış, əvəzolunmaz itki ilə üzləşmiş konkret insanlara aiddir. Buna görə də, açığı, burada təfərrüatlara varmaq istəməzdim", - deyə o bildirib.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus Embraer təyyarəsi Rusiya HHM sistemlərinin açdığı atəş nəticəsində ciddi xəsarət alandan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub. 2026-cı ilin aprel ayında Azərbaycan və Rusiya AZAL təyyarə qəzasının nəticələrinin aradan qaldırılması, o cümlədən qurbanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməsi barədə razılığa gəliblər.

“AzPolitika.info”

Şərhlər

Nazim 2026-06-29 21:28:23

Sizə inanmaq olmur cəab qaluzin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol