Menu

"Pulu birlikdə toplayır, elə ödəyirik..." - Sabiq nazir yeyib-içmək məclisindən danışdı

29.06.2026, 23:07
"Pulu birlikdə toplayır, elə ödəyirik..." - Sabiq nazir yeyib-içmək məclisindən danışdı

Bir neçə gün öncə Xalq yazıçısı Çingiz Abdullayev özünün feysbuk hesabında məşhur simaların da yer aldığı məclisdən maraqlı foto paylaşıb. Fotoda sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da yer alıb.

“AzPolitika” xəbər verir ki, Elmar Məmmədyarov həmin foto ilə bağlı “Globalinfo”ya danışıb.

O, bildirib ki, foto Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovun 100 illik yubileyində çəkilib:“İyunun 27-də Arif Heydərovun oğlu Murad Heydərovun dəvəti ilə məclisdə iştirak etmişik. Adətən, şad günlərdə, anım günlərində, yaslarda dostlarla görüşürük, söhbət edirik. Gözəl anlarda şəkil də çəkdiririk”.

Elmar Məmmədyarov deyib ki, dostlarla zəngləşib, birlikdə hansısa tamaşaya gedir, çay süfrəsi arxasında görüşür, xatirələrini bölüşürlər.

“Dost məclislərində hesab necə ödənir, kim qabağa düşür” sualına cavabında sabiq nazir belə deyib: “Xüsusi günlər olmayanda görüşdükdə isə “nemetskiy şot” olur. Yəni tamaşaya və ya çay içməyə gedən zaman pulu birlikdə toplayır, elə ödəyirik. Təki hər zaman şad günlər olsun, qalan işlər düzələndir”.

Şərhlər

Türk 2026-06-30 10:20:24

bizdən olmayan....

Безполитка 2026-06-30 09:12:23

Но до этого отдельно украдём

Amon 2026-06-30 00:53:41

Yaxsi eliyirsiz tek birinize guc dusmesin.kas ki budceni talayanda da xalqla paylasardiz

Eli 2026-06-30 00:01:48

Kasıbçılığın üzü qara olsun neylesinler yene kömeklerine rusların dediyi "faşist Almaniyasının" adet enenesi geldi yoxsa ne ederdiler?Allah Arif Heyderova da rehmet eylesin Gözel İnsan yaxşı dövlet Xadimi Heyder Eliyevin silahdaşı idi.

Eli 2026-06-29 23:30:42

Düz edirler işsiz pensioner adamlardır " nemesski şotdan " gözeli yoxfur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol