Menu

“İranla Dohadakı görüşün əhəmiyyəti hələ bəlli deyil” - Tramp

30.06.2026, 16:12
“İranla Dohadakı görüşün əhəmiyyəti hələ bəlli deyil” - Tramp

Bu gün ABŞ Prezidenti Donald Tramp İranla Qətərin paytaxtı Dohada keçirilməsi ehtimal olunan görüşlə bağlı yeni açıqlama verib.

Tramp çıxışı zamanı Dohada planlaşdırıldığı deyilən görüşün baş tutub-tutmayacağı və nəticələrinin necə olacağı ilə bağlı qeyri-müəyyən mövqe sərgiləyib.

"Dohadakı görüş bəlkə də vacib olacaq, bəlkə də vacib olmayacaq. Bunu biləcəyik", – deyə ABŞ prezidenti bildirib.

Trampın açıqlaması İran rəsmilərinin və danışıqlar qrupuna yaxın şəxslərin Dohada ABŞ nümayəndə heyəti ilə görüş keçiriləcəyi barədə xəbərləri ardıcıl şəkildə təkzib etməsi fonunda səsləndirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol