Rusiya hökuməti iyulun 1-dən etibarən Finlandiya, Estoniya və Latviya ilə dövlət sərhədindəki bir sıra dəmir yolu buraxılış məntəqələrinin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

"AzPolitika" xəbər verir ki, bu barədə regional teleqram kanalları məlumat yayıb. Qərara əsasən, həmin keçid məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkəti müvəqqəti olaraq dondurulur.Məhdudiyyətlər çərçivəsində xüsusilə Rusiya-Finlandiya sərhədindəki dəmir yolu sərhəd keçid məntəqələri, eləcə də Rusiya-Estoniya və Rusiya-Latviya istiqamətlərindəki bir sıra digər məntəqələr bağlanacaq.Rusiya hökumətinə qəbul edilmiş qərarla bağlı Finlandiya, Estoniya və Latviya tərəfini rəsmi şəkildə məlumatlandırmaq tapşırılıb."AzPoıitika.info"