Monako poilisi ukraynalı oliqarx Vadim Yermolayevə sui-qəsdin Ukrayna Təhlükəsizlik Xidməti(SBU) tərəfindən təşkil olunduğunu istisna etmir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Bununla yanaşı, nəşr yazır ki, Monakoda baş verən məlum cinayət hadisəsi daha çox xəbərdarlıq xarakterli ola bilərdi, nəinki birbaşa Yermolayevin qətlə yetirilməsi cəhdi.

Qeyd edək ki, Yermolayevə qarşı sui-qəsd iyunun 29-da baş verib. Onun yaşadığı binanın girişinə içində bomba olan çanta qoyulub. Partlayış nəticədə, rəsmi məlumata görə, Yarmolayev və 13 yaşlı qızı yaralanıb. Qızın vəziyyəti kafi qiymətləndirilsə də, iş adamının ciddi xəsarətlər aldığı bildirilir. Onun helikopterlə Tulon şəhərinə çatdırıldığı deyilir. Yermolayevin həyat yoldaşı həmin vaxt hadisə yerində olmayıb. Hadisəni törədən şəxs isə hələ ki, tutulmayıb.

Böyük biznesləri olan Yarmolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edərək, Kipr vətəndaşlığı alıb. Volodimir Zelenski ona qarşı işğal edilmiş Krımda alkoqol və digər bizneslərlə məşğul olduğuna görə, 10 illik fərdi sanksiya tətbiq edib.

“AzPolitika.info”