Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Penza vilayətindəki NIIFI Fiziki Ölçmələr üzrə Tədqiqat İnstitutuna zərbələr endirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahı zərbəni təsdiqləyib və qeyd edib ki, zavoda dəyən zərərin dərəcəsi müəyyənləşdirilir. Sosial şəbəkələrdə zavodun tüstülənməsinə dair videogörüntülər yayımlanıb.
Zavod aviasiya və raket texnologiyasında istifadə olunan sistemlərin istehsalında ixtisaslaşıb. İnstitutun məhsulları təyyarələrdə, helikopterlərdə, “Bulava”, “Topol-M” və “Sineva” qitələrarası ballistik raketləri, “İskander” raket sistemləri də daxil olmaqla müxtəlif silahlarda istifadə olunur.
Eyni zamanda, Ukrayna Təhlükəsizlik Xidməti(SBU) işğal olunmuş Krımdakı Saki hərbi aerodromuna zərbə endirib. Əməliyyat aerodromun infrastrukturunu, xüsusən də qırıcı təyyarələrin yerləşdiyi anqarları hədəf alıb.
"Təyyarələrin saxlanıldığı anqarlara beş PUA hücumu təsdiqlənib. İlkin məlumata görə, hücum zamanı anqarlarda Su-30 və Su-30SM qırıcı təyyarələri olub. Hücumdan sonra Su-30SM-in yerləşdiyi anqarda yanğın qeydə alınıb ki, bu da hədəfin uğurla məhv edildiyini göstərir” - SBU-nun bəyanatında deyilir.
Qeyd olunur ki, hər bir belə təyyarənin təxmini dəyəri konfiqurasiyadan asılı olaraq 30 ilə 50 milyon dollar arasındadır.
Həmçinin, Donetsk vilayətindəki Qranitno yaxınlığındakı avtomobil körpüsünə, Luqansk vilayətində Nijneteplye yaxınlığındakı dəmir yolu körpüsünə və Donetsk vilayətində Novooçeretovatoye yaxınlığındakı logistika keçidinə də zərbə endirildiyi bildirilir. Eləcə də Donetsk-Mariupol magistral yolunda körpünün dağıdıldığı bildirilir.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) July 1, 2026

Şərhlər