ABŞ Ali Məhkəməsi prezident Donald Trampın daha bir qərarını etibarsız sayıb. Tramp ötən il verdiyi qərarla ABŞ-də doğulanların avtomatik olaraq vətəndaşlıq qazanması hüququnu ləğv etməyi əmr etmişdi. O, bununla ölkəyə qanunsuz gələn miqrantların yeni doğulan uşaqlarına vətəndaşlıq verilməməsini hədəfləyirdi.

“AzPolitika” xəbər verir ki, Ali Məhkəmə isə iyunun 30-da çıxardığı qərarla Trampın əmrini ləğv edib. Məhkəmə qərarında konstitusiyaya 14-cü düzəlişə istinad edərək bildirib ki, ABŞ-də doğulan hər kəsin vətəndaşlıq hüququ var və bu, onların digər hüquqlara malik olması üçün birinci şərtdir.

Tramp sosial media hesabında qərarı şərh edərək bunu ölkə üçün "çox pis" adlandırıb. O, Konqresi avtomatik vətəndaşlıq hüququnun ləğvi barədə qanunvericilik hazırlamağa çağırıb.

Ali Məhkəmə bu ilin fevralında isə Trampın xarici ölkələrin mallarına tətbiq etdiyi genişmiqyaslı gömrük rüsumlarını (tarif) ləğv etmişdi.

“AzPolitika.info”