Menu

Nazir Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

01.07.2026, 20:47
Nazir Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub.

"AzPolitika"nın "Qayanrinfo"ya istinadən verdiyi məlumata görə, FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsinə əsasən ehtiyata buraxılıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol