Dünya Çempionatının 1/16 final mərhələsində İngiltərəyə 2:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyan Dezabr acı xəbər alıb.
Komandanın mətbuat katibi mətbuat konfransında fransalı mütəxəssisin atasının vəfat etdiyini açıqlayıb.
"Baş məşqçimizin atasını itirdiyini dərin kədərlə bildiririk. Ona və ailəsinə dərin hüznlə başsağlığı veririk", – deyə mətbuat katibi bildirib.
Bu açıqlamadan sonra böyük sarsıntı keçirən Sebastyan Dezabr mətbuat konfransını yarımçıq saxlayaraq zalı tərk edib.
Qeyd edək ki, Konqo Demokratik Respublikası millisi İngiltərə ilə qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyərək 2:1 hesabı ilə məğlub olub və dünya çempionatı ilə 1/16 final mərhələsində vidalaşıb.
"AzPolitika.info"

Şərhlər