Avropa Ədalət Məhkəməsi "Google" və onun əsas şirkəti "Alphabet Inc."in Avropa İttifaqı Ali Məhkəməsinin 4,1 milyard avro cərimə etmək qərarına qarşı apellyasiya şikayətini rədd edib.
"Azpolitika" xəbər verir ki, "Google" Android əməliyyat sistemində rəqabət əleyhinə təcrübələrə görə cərimələnib.
2018-ci ildə Avropa Komissiyası "Google"u təxminən 4,3 milyard avro cərimələmişdi . "Google"un axtarış motorunu və "Chrome" brauzerini Android mobil cihazlarında tanıtmaq tələbləri və lisenziyalaşdırma şərtləri vasitəsilə dominant bazar mövqeyindən sui-istifadə etdiyi aşkar edilmişdi.
Avropa Ali Məhkəməsi daha sonra cəriməni 4,1 milyard avroya (Alphabet üçün 1,5 milyard avro) endirib.

Şərhlər