“Qarabağ” 2026/2027-ci illər mövsümü üçün növbəti transferini rəsmiləşdirib. Ağdam təmsilçisi Macarıstanın “ZTE” klubundan mərkəz müdafiəçisi Bense Varkonyini transfer edib.

Klubun yaydığı məlumata görə, 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Macarıstanlı müdafiəçi 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək.

“MTK” klubunun yetirməsi olan Varkonyi karyerası ərzində “MTK”nın əsas komandasında və “Kozarmisleni”də çıxış edib. O, həmçinin Macarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvü olub.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində “Qarabağ”ın yeddinci transferidir. Bundan əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas Ağdam klubuna transfer olunublar.

"AzPolitika.info"