Menu

"Atlas aslanları" Kanadanı darmadağın etdi - VİDEO

04.07.2026, 23:12
"Atlas aslanları"  Kanadanı darmadağın etdi - VİDEO

Dünya çempionatında 1/8 final mərhələsinə Kanada və Mərakeş arasında oyunla start verilib

"AzPolitika" xəbər verir ki, saat 21:00-da başlayan oyun Hyuston stadionunda keçirilib. Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

İlk hissədə hesab açılmayıb - 0:0.

İkinci hisənin 50-ci dəqiqəsində Asika təmsilçisi hesabı açıb. Azzedin Unhai adını tabloya yazdırıb. 82-ci dəqiqədə Azzedin Unhai dubl edib. 

Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Beləliklə, "Atlas aslanları"  Kanada üzərində 3:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdıran ilk milli olub.  Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol