Rusiya ordusu son 24 saat ərzində Ukrayna müharibəsində daha 1290 hərbçisini itirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, Rusiya ordusunun son sutka ərzində 7 tank, 9 zirehli döyüş maşını, 63 artilleriya sistemi, 3 yaylım atəşli reaktiv sistem, 1 hava hücumundan müdafiə vasitəsi, 6 yerüstü robototexnika kompleksi, 1628 operativ-taktiki PUA və 462 avtomobil texnikası məhv edilib.