Menu

Bakı–Quba yolunda faciə: Sürücü sükan arxasında həyatını itirdi

06.07.2026, 12:48
Bakı–Quba yolunda faciə: Sürücü sükan arxasında həyatını itirdi

Bakı–Quba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPoliotika" "Report"a istinadla xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halı qəfil pisləşib. Onun ürəktutmadan sükan arxasında həyatını itirdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol