Bakıda 39 və 77 nömrəli avtobuslarda gedişhaqqı 60 qəpiyə qaldırılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə avtobuslardan müntəzəm istifadə edən sərnişinlər saytımıza müraciət ediblər.
Sərnişinlər biliriblər ki, bundan əvvəl 50 qəpik təşkil edən gedişhaqqı məbləği bu gündən 60 qəpik olub.
Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayevlə əlaqə saxladıq.
Qurumun sözçüsü sözügedən marşurutlarda gedişhaqqı məbləğinin artırıldığını təsdiqlədi: "1 oktyabr 2025-ci ildən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil edilib".
N. Rzayev qeyd edib ki, həmin vaxt qeyd etdiyiniz marşrut xətlərində sərnişinlərə xidmət göstərən 39 və 77 saylı müntəzəm marşrut xətlərində dizel mühərrikli və nisbətən köhnə buraxılışlı nəqliyyat vasitələri xidmət göstərdiyindən tariflərdə dəyişiklik edilməmiş və 50 qəpik saxlanılıb:"Lakin bu aydan 77 saylı müntəzəm marşrut xəttinə CNG texnologiyalı müasir iritutumlu avtobuslar buraxılıb. Həmçinin 39 saylı xəttə yeni buraxılışlı iritutumlu avtobuslar əlavə edilib. Bu səbəbdən tarif müvafiq olaraq qeyd edilən şərtlərə uyğunlaşdırılıb".
"AzPolitika.info"

Şərhlər