Sürücü "Lukoil" yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacağın az vurulduğunu iddia edib.
"AzPolitika" xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, 20 manat məbləğində ödəniş etsə də, avtomobilinə cəmi 17 manat 16 qəpiklik benzin vurulub.
Onun sözərinə görə, bu halı "Lukoil"in digər yanacaqdoldurma məntəqələrində də dəfələrlə yaşayıb.
Sürücü bildirib ki, yanacaq doldurularkən sayğacı görmək istədikdə, əməkdaşlar sistemin donduğunu əsas gətiriblər.
Vətəndaş bunun müştərilərin hüquqlarının pozulması olduğunu iddia edərək, hər müştəridən bu şəkildə az miqdarda yanacaq verilməsinin gün ərzində böyük məbləğə çevrilə biləcəyini vurğulayıb.
Sürücü qeyd edib ki, əlində 20 manatlıq ödənişi təsdiq edən çek də mövcuddur və məsələni ictimailəşdirməkdə məqsədi digər vətəndaşları da xəbərdar etməkdir.

Şərhlər
Tamamilə düzdür. Bu illərlə davam edən bir haldır. Bakıda az qala, əksər sürücülərə məlum olan məsələdir. Axır ki, ictimailəşdi
tam dogru menimde basima gelib ve onnan sonra Lukoldan yanacaq vurmadim 20 m 2 m az vurullar tovsuyye edirem ki Lukolu baykod edek