Menu

Dünya Çempionatında 1/4 final mərhələsi - Hansı komandalar üz-üzə gələcək?

08.07.2026, 11:49
Dünya Çempionatında 1/4 final mərhələsi - Hansı komandalar üz-üzə gələcək?

2026-cı il FIFA Dünya Çempionatında 1/8 final mərhələsinin bütün oyunları başa çatıb və 1/4 finala yüksələn komandalar bəlli olub.

"AzPolitika" xəbər verir ki, turnirin ev sahibləri olan ABŞ, Kanada və Meksika mübarizəni başa vurublar. Kanada Mərakeşə 0:3, ABŞ Belçikaya 1:4 hesabı ilə uduzub. Meksika isə İngiltərəyə 2:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.

Beləliklə 1/4 final mərhələsində Avropadan 6, Cənubi Amerikadan 1 və Afrikadan 1 komanda mübarizə aparacaq.

Mərhələnin ilk oyununda Fransa ilə Mərakeş üz-üzə gələcək.

1/4 finalın cütləri belədir:

- Fransa – Mərakeş;

-İspaniya – Belçika;

- Norveç – İngiltərə;

- Argentina – İsveçrə.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol