ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran dövlət mediasında ticarət gəmilərinin hazırda Hörmüz boğazından yalnız Tehran tərəfindən təsdiqlənmiş marşrutla keçdiyi barədə yayılan məlumatları təkzib edib.

"AzPolitika" xəbər verir ki, Mərkəzi Komandanlıq İranın Hörmüz boğazına nəzarət etmədiyini bəyan edib. Komandanlıq ABŞ qüvvələrinin ticarət gəmilərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün hər cür yardım göstərdiyini vurğulayıblar.

Vurğulanıb ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri bu vacib beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox ticarət gəmisinin və 380 milyon barel xam neftin uğurla tranzitini təmin edib".

Bu arada, bir gün əvvəl Bloomberg agentliyi ABŞ-ın İrana son hücumlarından sonra ticarət gəmilərinin Hörmüz boğazından keçməsinin demək olar ki, tamamilə dayandığını bildirmişdi.