Menu

Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib - Fotolar

20.11.2026, 09:12
Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib - Fotolar

Vyetnamın paytaxtı Hanoyun küçələri Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə əlaqədar Azərbaycanın dövlət bayraqları ilə bəzədilib.

"AzPolitika" xəbər verir ki, səfər çərçivəsində dövlət başçıları arasında görüş, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol