Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.
“AzPolitika” xəbər verir ki, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.
Onların arasında azyaşlılar da var.
N. Rüstəmova (1962)
A. Teymurlu (1986)
İ. Məmmədov (2017)
Z. Hüseynova (2015)
U. İsyaev (2020)
B. Əliyeva (1963)
S. Hüseynova (1987)
M. İsmayılova (1983)
Gəncədə yas mərasimində qidadan kütləvi zəhərlənmə baş verib.
“Qafqazinfo” xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Onlar arasında azyaşlılar da var.
TƏBİB-dən bildirilib ki, saat 18:00 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Qeyd edilib ki, onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Şərhlər