Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşına (Elif Gülşah Gürlek) qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumatda bəzi şübhəlilərin xaricə bilet almaq və Elif Gülşah Gürlek barəsində bəhs etdikləri bildirilib.
Həmçinin şübhəlilərin Google Xəritələr üzərindən bir məkanı araşdırdıqları, ünvan qeyd etdikləri və əraziyə gedən yolları öyrəndikləri irəli sürülüb.
Hücum göstərişinin xaricdən gəldiyi iddia olunur.
İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb.
Onların barəsində həbs qərarının verilməsi tələb edilib.

Şərhlər