Sumqayıtda Xəzər dənizinin sahilində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"AzPolitika" xəbər verir ki, yayılan kadrlarda dəniz suyunun xeyli geri çəkildiyi və sahil xəttində nəzərəçarpacaq dəyişikliklərin olduğu görünür. Paylaşım qısa zamanda çoxsaylı istifadəçinin diqqətini çəkərək müxtəlif müzakirələrə yol açıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Xəzər dənizində suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu qeyd edib. Bəziləri isə bunun ekoloji vəziyyətə təsirləri ilə bağlı fikirlərini bölüşərək aidiyyəti qurumların məsələni diqqətdə saxlamasının vacibliyini vurğulayıblar.

Paylaşılan görüntülər fonunda Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi yenidən gündəmə gəlib və istifadəçilər bu prosesin səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürüblər.

Həmin görüntüləri təqdim edirik.