Menu

İsveç hökumətindən qondarma “erməni soyqırımı” iddiasına zərbə...

06.01.2015, 15:01
İsveç hökumətindən qondarma “erməni soyqırımı” iddiasına zərbə...

İsveç məhkəməsi uydurma “erməni soyqırımı” ilə bağlı erməniləri məyus edəcək qərar çıxarıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məhkəmə ölkədə saxta genosidi inkar etmənin cinayət sayılmayacağı haqda hökm çıxarıb. Bu barədə Fransadakı erməni dilli “Araç” qəzeti məlumat yayıb.

Qərar müxtəlif dairələrin Türkiyədə genosidin olmadığını vaxtaşırı bəyan edən türk təşkilatlarına və qəzetlərinə qarşı şikayətlərinə cavab olaraq çıxarılıb.

Hakim Linda Molinin yekun və qəti qərarında deyilir ki, “İsveç Osmanlı İmperiyasında ermənilərə və yunanlara qarşı törədilən “soyqırımı” tanısa da, soyqırımın inkarı cinayət sayılmır, çünki bu, söz və ifadə azadlıqları çərçivəsinə daxildir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol