"Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
"AzPolitika" İdmanxəbər.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisini tərk edəcək növbəti ad qapıçı Şahruddin Məhəmmədəliyevdir.
Azərbaycan millisində də çıxış edən 32 yaşlı qolkiperin yaxın günlərdə komandadan ayrılacağı rəsmən elan olunacaq.
Qeyd edək ki, Ş.Məhəmmədəliyev geridə qalan mövsümdə "Qarabağ"ın heyətində cəmi 6 rəsmi matçda meydana çıxıb.
"AzPolitika.info"

Şərhlər