Menu

Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

06.01.2015, 16:16
Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

Anar Yusifoğluna İTV-də yeni vəzifə verilib

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub. Lent.az-ın məlumatına görə, əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib.

A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi. O, hazırda aktual.az saytına rəhbərlik edir.

Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır.

Xatırladaq ki, Anar Yusifoğlu işdən çıxarılandan sonra İctimai Televiziyanın hazırkı rəhbərliyinə qarşı sərt mövqeyi ilə tanınırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol