İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib.

"Bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.

"Şeyx İsa" aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının mənzil-qərargahı İran tərəfindən kütləvi raket və pilotsuz aparatı (PUA) zərbələrinə məruz qalıb", - SEPAH-ın bəyanatında bildirilir.

Daha əvvəl İran Prezidenti Məsud  amerikalı həmkarı Donald Trampın hədələrinə sözlə yox, əməllə cavab veriləcəyini bildirib.