ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadasının bərpa olunduğunu açıqlayıb.

Bu barədə CENTCOM məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:00-da ABŞ qüvvələri İran limanlarına və sahilyanı ərazilərinə gedən, eləcə də oradan çıxan gəmilərə qarşı dəniz blokadasını yenidən tətbiq edib.

Komandanlığın məlumatına görə, Yaxın Şərqdə həyata keçirilən əməliyyata ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəmi və yüzlərlə hərbi təyyarə cəlb olunub.