Menu

Rusiya xam nefti üçün yeni problem - Dolu tankerlərə sahib çıxan yoxdur

15.07.2026, 11:29
Rusiya xam nefti üçün yeni problem - Dolu tankerlərə sahib çıxan yoxdur

Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində Rusiyanın neft emalı getdikcə azalır və çətinləşir, hasilat isə eyni səviyyədə saxlanır. Nəticədə, hasil edilən xam neftin taleyi qaranlıq qalır. 

“AzPolitika” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatında belə deyilir.

Qeyd olunur ki, Rusiya emal edə bilmədiyi xam neftinə alıcı tapmaqda çətinlik çəkir. Xeyli sayda neftlə dolu tankerlər artıq həftələrdir dənizdə boş-boşuna dayanıb. Rusiya nefti Misir sahillərində, Sinqapur yaxınlığında və Rusiyanın Uzaq Şərq limanları yaxınlığında toplanaraq, alıcı gözləyir.

Bu vəziyyət Rusiyanın ixrac gəlirlərini təkcə ötən həftə təxminən 200 milyon dollar azaldıb.

Nəşrin məlumatına görə, iyul ayında Rusiyada neft emalı həcmi son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb. Nəticədə, Rusiya xam neft ixracını artırmaq məcburiyyətində qalsa da, bu nefti sata bilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol