Rusiya Arktikadakı Hava Hücumundan Müdafiə(HHM) sistemlərini azaldır və ölkənin digər bölgələrindəki obyektləri Ukrayna hücumlarından qorumağa çalışarkən, şimaldakı əsas hərbi obyektləri müdafiəsiz qoyur.
“AzPolitika” xəbər verir ki, bu barədə bir çox Qərb media orqanları məlumat və peyk görüntüləri yayıblar.
Məlumata görə, görə, peyk görüntüləri Kremlin bölgədəki bir neçə strateji obyektdən S-300 və S-400 sistemlərini çıxardığını göstərir.
Norveç Müdafiə Tədqiqatları İnstitutunun professoru Katajin Ziskin qeyd etdiyi kimi, Rusiyanın şimalından hava hücumundan müdafiə aktivlərinin yoxa çıxması "Rusiyanın qorumalı olduğu hədəflərlə onun sahib olduğu buraxılış qurğuları və təlim keçmiş personal arasında artan uyğunsuzluq" deməkdir.
Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin təxminən 60 faizi 2022-ci ildə Ukraynaya hücumdan əvvəl daimi yerlərindən çıxarılıb. Hazırda hava hücumundan müdafiə bölmələri əsasən Rusiyanın nüvə raket şaxtaları və strateji bombardmançı aerodromları ətrafında qalır.
Məsələn, Novaya Zemlya arxipelaqındakı Roqaçevo hava bazasının yaxınlığında hava hücumundan müdafiə aktivlərinin əksəriyyəti raket bazasından çıxarılıb.
Ağ dənizdəki Severodvinskdə, Rusiyanın nüvə sualtı qayıqlarının inşa edildiyi və təmir edildiyi yerdə, onilliklər boyu hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi bir neçə ərazi artıq qorunmur. Peyk görüntüləri təsdiqləyir ki, şəhər boyunca təxminən iyirmi dörd S-300 və S-400 sistemi “yoxa çıxıb”.
Bu arada, Uzaq Şimaldan yığıdırılan hava hücumundan müdafiə sistemləri Ukrayna dron hücumları gözlənilən hədəflərə yaxın yerlərə yerləşdirilir. Məsələn, peyk görüntüləri Rusiyanın cənub-qərbindəki Saratov Neft Emalı Zavodunun yaxınlığında əvvəllər boş olan bir sahədə yerləşdirilən çoxsaylı raket qurğularını göstərir. 2025-ci ilin əvvəlindən bəri bu neft emalı zavodu dəfələrlə dron hücumlarına məruz qalıb.
“AzPolitika.info”



Şərhlər